XİN müavini əfqan həmkarı ilə görüşüb

XİN müavini əfqan həmkarı ilə görüşüb
  03 İyul 2025    Oxunub:1033
Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit-nəqliyyat, diplomatik, humanitar, konsulluq və digər sahələrdə əməkdaşlıq müzakirə olunub, əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Nazir müavini Elnur Məmmədov keçmiş münaqişə zamanı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini birmənalı dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.

Əfqanıstan nümayəndə heyətinin də iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin əhəmiyyətinə toxunulub.

Mohammad Naim Vardak beynəlxalq tədbirlərdə iştirak üçün dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu qəbildən olan təşəbbüslərin ölkələr arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq etdiyini vurğulayıb.

Tərəflər həmçinin regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti