İlham Əliyev kanat yolunun inşası üçün seçilən əraziyə baxıb

   İlham Əliyev kanat yolunun inşası üçün seçilən əraziyə baxıb
  03 İyul 2025    Oxunub:1077
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.

AzVision.az


Teqlər: Prezident  



Xəbər lenti