Çində Azərbaycan Turizm Bürosunun ofisi açılacaq
Müqaviləyə əsasən, Çində fəaliyyətə başlayacaq nümayəndəlik ölkəmizin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədi daşıyır.
Turizm bürosu Çində Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərəcək.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb. Sənədə əsasən, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib.
Qeyd edək ki, son illər Azərbaycana gələn çinli turistlərin sayı artıb.
2024-cü ildə çinli turistlərin sayı artıq 44,798 nəfərə çatıb ki, bu da turist axınında güclü artım və onlar arasında Azərbaycana səyahətə marağın artdığını əks etdirir.
Azərbaycana gələn çinlilərin 41%-i istirahət və əyləncə məqsədli, 55%-i işgüzar səfərlər edir.
Orta hesabla, Çinli turistlər Azərbaycanda 1,823 AZN xərcləyir, onların büdcəsinin 43%-i nəqliyyat xərclərinə, 23%-i yerləşmə xərclərinə və 19%-i isə yemək xərclərinə ayrılır.
2024-cü ildə çinlilərin 45%-i Azərbaycanda 1-3 gecə, 31%-i isə 4-7 gecə qalıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


