Trampın gizli görüşü

   Trampın gizli görüşü
  04 İyul 2025    Oxunub:1012
ABŞ prezidenti Donald Tramp dünən Səudiyyə Ərəbistanının Müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səudla Ağ Evdə gizli görüş keçirib.
AzVision.az xəbər verir ki, Amerikanın “Fox News” telekanalının yaydığı məlumata görə, danışıqlar tamamilə İsraillə münasibətlərin normallaşdırılması məsələsinə həsr olunmasa da, tərəflər bunun üçün zəruri sayılan addımlarla bağlı da müzakirə aparıblar.

“Bundan əlavə, görüşdə İranla münaqişənin deeskalasiyası və İslam Respublikasının nüvə proqramı üzrə danışıqların bərpası məsələsi qaldırılıb”, - xəbərdə vurğulanır.

Eyni zamanda, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və Fələstinin radikal HƏMAS hərəkatının hələ də saxladığı girovların azad olunması perspektivləri müzakirə edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Səudiyyə   görüş  



Xəbər lenti