Qazaxıstanın Baş naziri Azərbaycana gəlib

   Qazaxıstanın Baş naziri Azərbaycana gəlib
  04 İyul 2025    Oxunub:965
Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Füzuli rayonuna gəlib.
AzVision.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstanın Baş naziri Oljas Bektenovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: İƏT  



Xəbər lenti