Tacikistan Prezidenti Azərbaycana səfərdədir

 Tacikistan Prezidenti Azərbaycana səfərdədir
  04 İyul 2025    Oxunub:1140
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Füzuli rayonuna gəlib.
AzVision.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: İƏT  



Xəbər lenti