Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iki memorandum təsdiqlənib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iki memorandum təsdiqlənib
  04 İyul 2025    Oxunub:582
Milli Məclis Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki memorandumu ratifikasiya edib
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti