Prezident: "Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"

      Prezident:    "Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
  04 İyul 2025    Oxunub:1174
"Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü – red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var".
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

"Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim",

AzVision.az


Teqlər: İƏT  



Xəbər lenti