"ABAD"ın ustad dərsində və "Booo.az" şirkəti tərəfindən təşkil olunan komanda quruculuğu oyunlarında uşaqlar həm fərdi olaraq, həm də birgə çalışaraq yeni məhsullar hazırlayıb, bir-birlərinə dəstək olublar.
"Dayaq Xeyriyyə"nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində “Ağız boşluğu gigiyenası” mövzusunda, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin isə “İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır” mövzusu üzrə təlimdə yeni informativ məlumatlar iştirakçılara təqdim olunub.
Düşərgə çərçivəsində Məhəmməd Əlizadənin doğum günü də qeyd olunub.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında estrada ulduzları Murad Arif, Xatun, Elvin Babazadə və Təhmin Vəlizadə müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçiriblər.
Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub.
Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Azərbaycan Hava Yolları” QSC, “Badamlı Mineral Suları”, Azərbaycan İncəsənət Məktəbi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, Dayaq Xeyriyyə, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, booo.az. Media dəstəyi: ASAN Radio/TV
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


