Bəzi kolleclərə yeni rəhbərlər təyin edilib

Bəzi kolleclərə yeni rəhbərlər təyin edilib
  05 İyul 2025    Oxunub:1292
Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.
AzVision.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına istinadən xəbər verir ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır.

Hazırda adıçəkilən kolleclərin bir qismində yeni rəhbər təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir.

Xatırladaq ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.

AzVision.az


Teqlər: kolleclər   rəhbərlər  



Xəbər lenti