Külək istiqamətini dəyişəcək

Külək istiqamətini dəyişəcək
  06 İyul 2025    Oxunub:2579
Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.


Teqlər: Hava  



Xəbər lenti