Dörd altıdan yaxşıdır

// Britaniya dörd günlük iş həftəsinə keçir

   Dörd altıdan yaxşıdır
  06 İyul 2025    Oxunub:2793
Böyük Britaniyada müxtəlif sahələri təmsil edən 17 şirkət dördgünlük iş həftəsini sınaqdan keçirib.
"The Independent” yazır ki, “4 Day Week Foundation” tərəfindən təşkil olunan pilot proqramda təxminən min əməkdaş iştirak edib və onların əməkhaqları dəyişmədən saxlanılıb. Sınaq uğurla başa çatdıqdan sonra bütün 17 şirkət bu sistemi müəyyən formada davam etdirməyə qərar verib.

Aparılan sorğulara əsasən, iştirakçıların təxminən üçdə ikisi dörd günlük iş rejiminin onları daha az tükənmiş hiss etdirdiyini bildirib və bu sistem həm işçilər, həm də işəgötürənlər üçün faydalı nəticələr göstərməkdədir.

Ekspertlərin fikrincə, bu model üzrə çalışan işçilər əslində daha çox iş görür, eyni zamanda daha az tükənmişlik hiss edirlər.


Teqlər: İş  



Xəbər lenti