Azərbaycanlı qız Ankarada "ilin məzunu" oldu

   Azərbaycanlı qız Ankarada "ilin məzunu" oldu
  06 İyul 2025    Oxunub:3002
Azərbaycanlı Aytac Əliyeva 2024/2025-ci tədris ili üzrə Ankaranın TED Universitetinin ən yaxşı məzunu elan edilib. O, “Psixologiya” proqramı üzrə təhsilini maksimum 4 baldan 3,98 balla başa vurub.
Universitetin rektoru, professor İhsan Sabuncuoğlu və Qəyyumlar Şurasının sədr müavini Kartal Usluel Türkiyənin aparıcı ingilisdilli universitetlərindən birinin ən uğurlu məzununa diplom və fərmanları təqdim ediblər.

Ölkəmizin Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova adından məzuna təbrik plaketi təqdim olunub.


Aytac Əliyeva Universitetin professor-müəllim heyətinə təşəkkürünü bildirib, eyni zamanda universitetin ən uğurlu məzunu olmaqdan qürur duyduğunu bildirib: "Səmimi qəlbdən şadam ki, məhz qardaş ölkədə uğur qazanmışam. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə, iki qardaş ölkənin çiçəklənməsinə töhfə vermək üçün əlimdən gələni edəcəyəm".


Teqlər: Təhsil  



Xəbər lenti