Şərur rayonunda sel daşqınlara səbəb olub

Şərur rayonunda sel daşqınlara səbəb olub
  06 İyul 2025    Oxunub:1004
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində müşahidə edilən sel daşqınlara səbəb olub.
AzVision.az xəbər verir ki, daşqınlar rayonun Dərəkənd, Oğuzkənd və Xətai kəndlərinin ərazisindən keçən su kanallarına ziyan vurub. Həmçinin daşqın zamanı həmin ərazidəki iki tövləyə zərər dəyib.

Müvafiq qurumların əməkdaşları dərhal əraziyə baxış keçirib, lazımi işlər görülüb, daşqınların yaratdığı fəsadlar aradan qaldırılıb.

AzVision.az





Teqlər:



Xəbər lenti