XİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

XİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
  07 İyul 2025    Oxunub:1733
Xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Şəhidlər xiyabanı da ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Ziyarətçilər Zəfər parkını və Zəfər abidəsini də ziyarət ediblər.

Xatırladaq ki, 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.

AzVision.az


Teqlər: XİN  



Xəbər lenti