Abşeron magistral kanalında meyit tapılıb

Abşeron magistral kanalında meyit tapılıb
  07 İyul 2025    Oxunub:1373
"112" qaynar telefon xəttinə Abşeron magistral kanalının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən keçən hissəsində suyun üzərində aşkarlanan bir nəfər kişi meyitinin götürülməsi ilə bağlı müraciət daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti