Putinin emissarları Bakıya gəliblər

   Putinin emissarları Bakıya gəliblər
  07 İyul 2025    Oxunub:1509
Bu gün Moskvanın “Vnukovo” hava limanından havaya qalxan Rusiyanın Xüsusi Uçuş qrupunun təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Rusiyanın xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OQPU” teleqram-kanalının yaydığı məlumat yayıb.

“Rusiyanın Fövqəladə Hallar naziri Aleksandr Kurenkov hökumət təyyarəsinin göyərtəsindədir. O, Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparacaq”, - telegram-kanal bildirir.

Bundan əvvəl “VÇK-OQPU” məlumat vermişdi ki, Moskvada iki ölkə arasında münaqişəni qeyri-rəsmi yolla həll etmək məqsədi ilə qeyri-rəsmi şəkildə Bakıya gedəcək nümayəndə heyəti hazırlanır.

- Şəxsən Putindən mesaj çatdırılacaq və həbs olunanların “mübadiləsi” təklifi verilə bilər”, - xəbərdə deyilirdi.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  



Xəbər lenti