42 kq narkotikin İrandan ölkəyə keçirilməsinin qarşısı alındı

   42 kq narkotikin İrandan ölkəyə keçirilməsinin qarşısı alındı
  07 İyul 2025    Oxunub:1430
DTX və DSX birgə əməliyyat keçirib, 42 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.

AzVision.az



Teqlər:



Xəbər lenti