Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  08 İyul 2025    Oxunub:1724
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları (0,71%) artaraq 74,7 ABŞ dolları təşkil edib.

Azərbaycan neftinin əvvəlki qiyməti 74,17 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

AzVision.az


Teqlər: neft  



Xəbər lenti