Erməni kilsəsi ilə Paşinyan özü məşğul olacaq | VİDEO

   Erməni kilsəsi ilə Paşinyan özü məşğul olacaq     | VİDEO
  08 İyul 2025    Oxunub:1181
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun Erməni Apostol Kilsəsi (EAK) ilə münaqişəsi zamanı EAK-ın bir sıra yüksək vəzifəli keşişləri, o cümlədən qurumun rəhbəri katolikos II Qaregin arasında İsa Məsih və onun təlimləri arasında “əlaqə və münasibətlər çatışmazlığı” aşkarlanıb.
AzVision.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, EAK-ın ruhani və inzibati mərkəzi olan Eçmiədzinin Ana Taxtı antixristian, azğın, antimilli, dövlət əleyhinə olan qrup ələ keçirilib və ora azad edilməlidir.

“Bu dövrdəki bütün mübahisələrdən başqa, ən vacib məqam da üzə çıxdı: Ktriç Nersisyan (II Qaregin), Vazgen Qalstyan, Gevorq Acapaxyan və başqaları arasında İsa Məsih və onun təlimləri ilə tamamilə heç bir əlaqənin və ya təmasın olmaması”, - Ermənistanın baş naziri “X” sosial şəbəkəsində yazıb.

Ermənistanda həbslər davam edir
Paşinyan EAK-ın qurtulmasına şəxsən rəhbərlik etmək niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, mayın sonundan bəri II Qareginə və EAK arxiyepiskoplarına qarşı sərt bəyanatlar səsləndirən Paşinyan, katolikosların subaylıq andının pozulması ilə bağlı xəbərlərə görə taxtdan getməsini tələb edir. Ötən gün baş nazir bütün ermənilərin katolikosuna növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   EAK  



Xəbər lenti