İstismar müddəti başa çatan su xətti dəyişdirilir

İstismar müddəti başa çatan su xətti dəyişdirilir
  08 İyul 2025    Oxunub:1253
Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, "Palçıqlı dağ" adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşüb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AzVision.az -a bildirilib ki, magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.

Hazırda isə Sutikinti Müəssisəsi tərəfindən BSK 2 (Sol) magistral kəmərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir.

AzVision.az


Teqlər: su-xətti  



Xəbər lenti