Qadından külli miqdarda narkotik vasitə götürülüb | VİDEO

Qadından külli miqdarda narkotik vasitə götürülüb |    VİDEO
  08 İyul 2025    Oxunub:1092
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

S.Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti