Ukraynada bədbinlik artır

Ukraynada bədbinlik artır
  08 İyul 2025    Oxunub:1467
Ukraynalıların 47%-i ölkənin gələcəyini məhv edilmiş və əhalinin kütləvi axını ilə müşaiyət olunacağı vəziyyətdə görür.
AzVision.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) hesabatına istinad edən “Ukrainskaya pravda” nəşri belə məlumat yayıb.

Hələ 2024-cü ilin dekabrında respondentlərin yalnız 28%-i, 2022-ci ilin oktyabrında isə cəmi 5%-i bu ssenarini seçmişdi.

Ukraynanın Avropa İttifaqının (Aİ) bir hissəsi kimi çiçəklənməsinə inananların sayı da azalıb. Bu göstərici 2022-ci ildəki 88%-dən 2025-ci ilin iyununda 43%-ə enib.

Sosioloqlar bədbinliyin artmasının səbəbini ABŞ prezidenti postuna gəldikdən sonra müharibəni dayandıracağına söz verən Donald Trampdan gözləntilərinin özünü doğrultmaması ilə əlaqələndirirlər. Lakin Trampın Putinlə flirtləri və fevralda Zelenski ilə qalmaqal nəhayət ukraynalıların ümidini sarsıdıb.

Bununla belə, ümidlərin azalmasına baxmayaraq, əksər ukraynalılar hələ də ərazi güzəştlərinə qarşıdırlar və Ukraynanın Aİ-yə doğru irəlilədiyinə inanırlar. KBSİ-nin məlumatına görə, respondentlərin təxminən 60%-i bu fikri bölüşür.

Qeyd edək ki, tədqiqat may-iyun aylarında aparılıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   bədbinlik  



Xəbər lenti