Pakistan XİN Azərbaycana təşəkkür edib

   Pakistan XİN Azərbaycana təşəkkür edib
  08 İyul 2025    Oxunub:1194
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.
AzVision.az xəbər verir ki, o, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.

Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı "X" sosial şəbəkə hesabındakı paylaşımına görə, söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksək səviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.

AzVision.az



Teqlər:



Xəbər lenti