28 azərbaycanlı Almaniyadan deportasiya olunub

28 azərbaycanlı Almaniyadan deportasiya olunub
  09 İyul 2025    Oxunub:1788
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 8 iyul 2025-ci il tarixində 28 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AzVision.az -a məlumat verilib ki, DMX tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

AzVision.az


Teqlər: DMX  



Xəbər lenti