Azərbaycan lideri BƏƏ-yə gedib

   Azərbaycan lideri BƏƏ-yə gedib
  09 İyul 2025    Oxunub:1801
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
AzVision.az xəbər verir ki, paytaxt Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: Prezident   səfər   BƏƏ  



Xəbər lenti