Gəncə- Moskva aviareysi təxirə salındı

Gəncə- Moskva aviareysi təxirə salındı
  09 İyul 2025    Oxunub:821
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə salınıb.
AzVision.az xəbər verir ki, saat 18:00-dan uçmalı olan təyyarə sabah saat 12:00-dək təxirə düşüb.

İlkin məlumata görə, sözügedən aviareys ilə 118 sərnişinin uçması gözlənilirdi. Sərnişinlərin bəziləri Gəncə şəhərindəki hotellərə yerləşdirilib.

Ehtimal olunur ki, uçuşun təxirə düşməsinə səbəb təyyarədə yaranan texniki nasazlıqdır.

AzVision.az




Teqlər:



Xəbər lenti