Pakistanın ədliyyə naziri ölkəmizə gəlib

Pakistanın ədliyyə naziri ölkəmizə gəlib
  10 İyul 2025    Oxunub:1372
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun dəvəti ilə Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tararın rəhbərliyində nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Ədliyyə Nazirliyindən AzVision.az -a məlumat verilib ki, tərəflər hüquqi sahədə əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Görüş zamanı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Proqramı”nın imzalanması planlaşdırılır.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovla və Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşü nəzərdə tutulur.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi  



Xəbər lenti