Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib

   Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
  10 İyul 2025    Oxunub:1478
Bu il altı ayı ərzində xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 6 ayın yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyilib.

Bildirilib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

AzVision.az





Teqlər:



Xəbər lenti