ABŞ Kiyevə “Patriot” sistemləri verməyəcək | VİDEO

   ABŞ Kiyevə “Patriot” sistemləri verməyəcək    | VİDEO
  11 İyul 2025    Oxunub:892
ABŞ prezidenti Donald Trampın “Patriot” zenit-raket kompleksləri (ZRK) ilə bağlı Ukraynaya vədi bütöv sistemləri yox, sursatların çatdırılmasını nəzərdə tutur.
AzVision.az xəbər verir ki, “Steigan” portalı belə məlumat yayıb.

“Görünür, bu, konkret olaraq on tutucu raket, yəni döyüş sursatı deməkdir. Bu məzhəkədə məqsədyönlü şəkildə aparılan ikili oyun açıq şəkildə görünür”, - materialda deyilir.

Tramp: “Mənsiz qərar verə bilməzdilər” | VİDEO
Nəşr qeyd edir ki, belə olacağı halda, bu on raket Rusiya Silahlı qüvvələrinin elə ilk hücumu zamanı dərhal yoxa çıxacaq.

Xatırladaq ki, iyulun 8-də mənbələrə istinad edən Amerikanın “Axios” portalı ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskiyə dərhal “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün on raket ötürəcəyini vəd etdiyini yazmışdı.

Tramp həmçinin əlavə tədarük kanallarının tapılmasına köməklik göstərməyə hazır olduğunu bildirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   Patriot  



Xəbər lenti