ABŞ Dövlət departamentində kütləvi ixtisarlar
“Dövlət departamentinin yenidən təşkili çərçivəsində qurum daxilindəki fəaliyyətlər diplomatik prioritetlərə diqqət yetirmək üçün tənzimlənir”, - agentlik bildirişin mətnindən sitat gətirir.
ABŞ-nin Dövlət katibi Marko Rubio hələ aprelin sonunda bildirmişdi ki, Donald Trampın başçılıq etdiyi ABŞ-ın hazırkı administrasiya ilk növbədə bürokratik aparatın azaldılması məqsədi ilə Dövlət departamentinin “hərtərəfli yenidən təşkili” siyasətini həyata keçirəcək.
- Rubionun planına, o cümlədən, Dövlət departamentinin on minlərlə əməkdaşının (təxminən 80 min nəfər) işdən çıxarılması, həmçinin bir neçə konsulluğun və bir sıra xarici siyasət departamentinin proqramlarının bağlanması daxildir”, - ixtisar planları ilə bağlı “The Washington Post” qəzeti yazır.
Dövlət departamentinin mərkəzi aparatındakı işçilərin təxminən 15%-nin, yəni təxminən 3400 əməkdaşım ixtisar olunacağı güman edilir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ DD ixtisarlar







Vaxtında, Aydın, Lazımlı!


