Ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb

Ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb
  11 İyul 2025    Oxunub:1447
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Lənkəran və Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
AzVision.az xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Şəmsi Rəhimov küçəsində, Nizami rayonu Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Bulvar küçəsində, Lənkəran rayonu Sinovlu kəndi və Xaçmaz rayonu Çiləgir kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 68 490 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

AzVision.az


Teqlər: DET  



Xəbər lenti