Layihəni icra edən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Wiest bu barədə bir sıra vacib məqamlara toxunub. Onun sözlərinə görə, planlamada əsas məqsədlərdən biri şəhərdə hərtərəfli əlçatanlığın təmin olunmasıdır: “Önəmli faktorlardan biri odur ki, insanlar yaşadıqları yerdə piyada istədikləri xidmətlərə çata bilsinlər. Məhəllələrə, müxtəlif ərazilərə rahatlıqla, həmçinin velosipedlə hərəkət etmək mümkün olacaq. Layihədə yavaş hərəkət zolaqları (slow traffic lanes) da nəzərdə tutulur. Yeni ictimai nəqliyyat xətləri yaradılaraq həm şəhər daxilində, həm də dəmiryolu stansiyasına sərnişin axını təmin olunacaq".
Bütün sistem bir-biri ilə əlaqəli şəkildə qurulacaq ki, insanlar yalnız avtomobildən istifadə etməyə məcbur qalmasınlar.
Hazırlanan plan Ordubadda həm dayanıqlı şəhərsalmanın təmin olunmasına, həm də ekoloji baxımdan daha sağlam mühitin formalaşmasına töhfə verəcək.







Vaxtında, Aydın, Lazımlı!


