Deputatlar Heydər Əsədov (Şirvan), Məzahir Əfəndiyev (Göyçay), Fatma Yıldırım (Bərdə), Anar Məmmədov (Tərtər) və Azər Badamovun (Qusar) təşəbbüsü ilə keçirilən tədbirlərdə VK-nın Hüquqi Yardım Mərkəzinin sədr müavini Afət Qazıyeva və Kollegiyanın müvafiq region vəkil qurumlarının, Tərtərdə isə Goranboy rayon Vəkil Bürosunun vəkilləri iştirak ediblər.
Vəkillər ümumilikdə 70-ə yaxın aztəminatlı vətəndaşın müxtəlif hüquq sahələri, o cümlədən mülkiyyət hüquqları, torpaq mübahisələri, aliment və aliment ödənişi, əlillik məsələləri, sosial təminatlar və inzibati işlər üzrə müraciətləri dinlənilərək məsləhətlər veriblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


