Beyləqanda narkotiklərlə bağlı 9 nəfər saxlanılıb

Beyləqanda narkotiklərlə bağlı 9 nəfər saxlanılıb
  12 İyul 2025    Oxunub:1260
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Elməddin Sadıqov saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun məlumatına istinadən xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 16 ədəd çətənə bitkisi və marixuana aşkarlanıb.

Bundan başqa, polis əməkdaşları tərəfindən rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı narkotiklərlə əlaqəli cinayətlərdə şübhəli bilinən daha 8 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   narkotik   saxlanma  



Xəbər lenti