Suriya Prezidenti Azərbaycana gəlib | FOTO

   Suriya Prezidenti Azərbaycana gəlib |  FOTO
  12 İyul 2025    Oxunub:802
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: Suriya   prezident   Azərbaycan   səfər  



Xəbər lenti