SOCAR Suriya hökuməti ilə memorandum imzalayıb

 SOCAR Suriya hökuməti ilə memorandum imzalayıb
  12 İyul 2025    Oxunub:1426
İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

AzVision.az


Teqlər: SOCAR  



Xəbər lenti