Əli Əsədov ukraynalı nazirlə görüşüb

Əli Əsədov ukraynalı nazirlə görüşüb
  12 İyul 2025    Oxunub:1140
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a məlumat verilib ki, görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb.

İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilmiş iclasının müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycanın Ukrayna xalqına göndərdiyi humanitar yardımlara görə minnətdarlıq ifadə olunub.

Görüş zamanı Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin gündəliyinin aktual məsələləri, o cümlədən iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzVision.az


Teqlər: NK  



Xəbər lenti