Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

   Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  12 İyul 2025    Oxunub:1082
Ölkəmizdə işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Fəxri xiyabanı ziyarət edib.

AzVision.az xəbər verir ki, Əhməd Əl Şaraa xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.




Teqlər:



Xəbər lenti