Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
  12 İyul 2025    Oxunub:637
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb.

İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilmiş iclasının müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın Ukrayna xalqına göndərdiyi humanitar yardımlara görə minnətdarlıq ifadə edilib.

Görüş zamanı Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin gündəliyinin aktual məsələləri, o cümlədən iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti