Azərbaycanın Avropaya ixrac etdiyi qazın miqdarı açıqlanıb

   Azərbaycanın Avropaya ixrac etdiyi qazın miqdarı açıqlanıb
  14 İyul 2025    Oxunub:1273
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə, qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokunun, 13,8 milyard kubmetri “Şahdəniz” yatağının, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Məlumata görə, bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP qaz kəməri ilə 2,9 milyard kubmetr), 1,1 milyard kubmetr Gürcüstana satılıb.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti