Vəkillər üçün təlim keçirilib

Vəkillər üçün təlim keçirilib
  14 İyul 2025    Oxunub:534
Vəkillər Kollegiyasının (VK) Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnzibati prosesdə məhkəmə aidiyyətinin müəyyən edilməsi xüsusiyyətləri" mövzusunda distant formada təlim təşkil olunub.
Bu barədə AzVision.az -a VK-dan məlumat verilib. Bildirilib ki, təlimdə hüquq elmləri doktoru, professor Əmir Əliyev təlim mövzusunun aktuallığını qeyd edib.

VK-nın üzvü, hüquq elmləri doktoru Asif Qədirov inzibati prosesdə məhkəmə aidiyyətinin xüsusiyyətləri, inzibati sahədə məhkəmə qərarları və yurisdiksiyası, inzibati işlərdə tərəflərin hüquqi statusu, məhkəmə qərarlarının hüquqi qüvvəsi və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.

Sonda təlimçi vəkillərin müvafiq sahədə müxtəlif suallarını cavablandırıb. Təlimdə 62 vəkil iştirak edib.

AzVision.az



Teqlər:



Xəbər lenti