Attestasiyadan keçməyən musiqi müəllimlərinin nəzərinə!
"Kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 2025-ci il 1 may tarixindən müxtəlif ixtisaslar üzrə təcrübəli mütəxəssislərin təlimləri təşkil edilib və bu proses davamlı olacaq".
Bildirilib ki, xüsusi müsabiqə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə uyğun olaraq 2 mərhələdən - test imtahanı və müsahibədən ibarət olacaq: "Test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulub. Müvafiq keçid balını toplamış namizəd müsahibə mərhələsinə buraxılacaq və müsahibədə də uğur qazandığı halda əvvəlki iş yerinə qəbul ediləcək".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


