Kelloq Kiyevi şantaj edəcək? | VİDEO

   Kelloq Kiyevi şantaj edəcək?    | VİDEO
  14 İyul 2025    Oxunub:693
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq respublikaya səfəri zamanı Ukraynaya silah verilməsi müqabilində bu ölkənin Nazirlər Kabinetinin yenidən formatlaşdırılmasını tələb edərək, ictimailəşdirilməyən şantaja başlaya bilər.
AzVision.az xəbər verir ki, “Lenta.ru” saytına müsahibəsində rusiyalı politoloq, amerikaşünas Malek Dudakov belə iddia səsləndirib.

“Tramp administrasiyasının ukraynalıları şantaj etməyə çalışacağını mən tam mümkün sayıram. Düşünürəm ki, xüsusən də onlara əlavə silah tədarükü vəd oluna bilər. Nəticədə biz Ukrayna siyasətinin hazırkı respublikaçılar administrasiyasının görmək istədiyi şəkildə yenidən formatlaşdırılması prosesinini şahidi olacağıq”, - rusiyalı ekspert deyib.

Onun sözlərinə görə, bu baxımdan hazırda Ukrayna hökumətində mümkün əsas dəyişikliklərlə bağlı çoxlu söhbətlər heç də elə belə getmir.

Berletik: “ABŞ öz planına sadiqdir” | VİDEO
Dudakov bu mövzuların Kit Kelloqla Ukrayna lideri Volodimir Zelenski və onun ofisinin rəhbəri Andriy Yermak arasında keçirilən görüşdə qaldırıla biləcəyini ehtimal edib. Ekspertin fikrincə, Trampın nümayəndəsi ABŞ-nin əvvəlki administrasiyasının silah tədarükü kontekstində korrupsiya məsələsini də qaldıra bilər.

- Kelloqq Donald Trampın kabinetində ukraynapərəst “qırğı”lardan biridir və o, çətin ki, Ukraynanı açıq şəkildə tənqid etsin. Bununla belə, Vaşinqtonun Kiyevə qarşı ictimailəşdirilməyən təzyiq rıçaqları var və o, onlardan istifadə edəcək”, - Malek Dudakov vurğulayıb.

İyulun 14-də ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Ukraynaya işgüzar səfərə gəlib. Amerikalı məmurun bütün həftəni Kiyevdə keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Amerika liderinin özü isə bir neçə gün əvvəl iyulun 14-də Rusiya ilə bağlı çox vacib bəyanat verəcəyini açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Kelloq   Ukrayna   şantaj  



Xəbər lenti