Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib

Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib
  14 İyul 2025    Oxunub:510
Azad olunan ərazilərdə iyulun 7-dən 13-nə qədər 16 tank əleyhinə mina, 65 piyada əleyhinə mina, 240 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən,1639,6 hektar ərazi minalardan təmizlənib.

AzVision.az


Teqlər:



Xəbər lenti