"İstilik enerjisindən istifadə qaydaları" hazırlanacaq
Energetika Nazirliyi isə 9 ay müddətində istilik qurğularının quraşdırılması qaydalarını, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını, istilik qurğularının texniki istismar qaydalarını hazırlayıb Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
“İstilik təchizatı haqqında” qanunun tətbiqi ilə bağlı qəbul ediləcək Prezident aktları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minə bilməz.
Qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınmalıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


