Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib – FOTOLAR

 Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib –  FOTOLAR
  14 İyul 2025    Oxunub:1258
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi təşkil olunub.
AzVision.az xəbər verir ki, bu dəfəki təlimin əsas mövzusu “DOST Agentliyi tərəfindən göstərilən xidmətlər” təşkil edib. Təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak edib.

Onlara DOST Konsepsiyasının mahiyyəti, “Bir Pəncərə” modeli çərçivəsində xidmətlərin təşkili, rəqəmsallaşma səviyyəsi, xidmət kanalları, DOST şəbəkəsinin genişləndirilməsi strategiyası və “Könüllü DOST” proqramı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, DOST Agentliyi vətəndaşlara 13 əsas istiqamət üzrə ümumilikdə 161 adda sosial xidmət təqdim edir. Bu xidmətlərin 92 faizi rəqəmsal formatda əlçatandır ki, bu da vətəndaşların xidmətlərə daha sürətli, şəffaf və rahat şəkildə çıxışını təmin edir.

Təlim iştirakçıları həmçinin DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı praktiki nümunələrlə tanış olublar. Daha sonra jurnalistlərin sualları cavablandırılıb və sosial sahədə informasiya mübadiləsinin gücləndirilməsi yolları müzakirə edilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Elnur Məmmədov

AzVision.az








Qalereya




Teqlər: təlim   DOST   jurnalistika  



Xəbər lenti