Naxçıvanda media nümayəndələri arasında şahmat birinciliyi keçirilib

Naxçıvanda media nümayəndələri arasında şahmat birinciliyi keçirilib
  14 İyul 2025    Oxunub:549
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə həyata keçirilən “Media-aktiv” layihəsi davam edir.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, layihə çərçivəsində keçirilən intellektual oyun və stolüstü tennis yarışından sonra media nümayəndələri bu dəfə şahmat birinciliyində bir araya gəliblər. İyulun 14-ü Naxçıvan Şahmat Mərkəzində reallaşan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Yarışa start verilməzdən öncə nazirliyin şöbə müdiri Taleh İbrahimov milli mətbuatın 150 illiyi münasibətilə təbriklərini ifadə edib, iştirakçılara uğurlar arzulayıb.

Birincilikdə 18 oyunçu qələbə uğrunda mübarizə aparıb. Nəticələrə əsasən Taleh Hüseynli kişilər arasında, Günel Nəcəfova isə qadınlar arasında birinci olublar. Sənan Əliyarlı ilə Həqiqət Əsgərova ikinci, Cavid Mustafayev və Nurtac İsmayılova isə üçüncü yerə sahib çıxıblar.

“Media-aktiv”in proqramına uyğun olaraq iyulun 15-i futzal birinciliyi, iyulun 21-i isə mükafatlandırma tədbiri təşkil olunacaq. Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, milli mətbuatın 150 illiyinin qeyd olunması məqsədi daşıyır.

AzVision.az





Teqlər:



Xəbər lenti