Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək
  15 İyul 2025    Oxunub:918
Paytaxtın Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin "Bülbülə" qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan AzVision.az -a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər: qaz   təchizat   fasilə  



Xəbər lenti