XİN Türkiyəyə təbrik ünvanlayıb

   XİN Türkiyəyə təbrik ünvanlayıb
  15 İyul 2025    Oxunub:808
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə bu ölkəyə təbrik ünvanlayıb.
AzVision.az təbrik paylaşımını diqqətə çatdırır:

"15 iyul 2016-cı il — qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anırıq. Qəhrəman Türk xalqının birliyi və iradəsi sayəsində yazılan bu dastan sülhə, sabitliyə və ortaq dəyərlərin qorunmasına verilən töhfədir. Demokratiya və Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!".

AzVision.az


Teqlər: XİN   Türkiyə   təbrik  



Xəbər lenti